05.09.2015
ADP Ali Məclisi ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti, həyata keçirilən siyasi motivli həbslərlə əlaqədar narahat olduğunu, siyasi motivli təqib və həbslərin respublikanın beynəlxalq imicinə ciddi zərbə vurduğunu qeyd edib.
Ali Məclis son bir ayda hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Xədicə İsmayıl haqqında məhkəmənin ağır cəza hökmü verməsini onların peşə fəaliyyəti ilə əlaqədar olmasını qeyd edib, məhkəmələrin obyektiv keçirilmədiyini, şübhəli şahid ifadələri və sübutların əsasında hökm verildiyini bildirib. Ali Məclis adları çəkilən şəxslərin və siyasi motivlə həbs cəzasına məhkum edilən digər fəalların həbsdən dərhal azad edilməsini, onlar barəsində obyektiv və aşkar məhkəmə araşdırmaları aparılmasını tələb edib.
ADP Ali Məclisi parlament seçkiləri ərəfəsində hakimiyyəti hər cür vətəndaş qarşıdurmasından, dövlətin beynəlxalq nüfuzuna zərbə vuran antidemokratik və antikonstitusion addımlardan çəkinməyə, ölkədə vətəndaş sülhünə və siyasi həmrəyliyə yönələn fəal siyasət yürütməyə çağırıb.