20.09.2013
Prezident seçkilərinə qatılanların platformasında mədəniyyətlə, ədəbiyyatla bağlı nə var? Nəyi dəyişmək istərdilər? Yazıçılar Birliyinin, başqa yaradıcı təşkilatların gələcəyini necə görürlər? Azadlıq Radiosunun “Pen klub” proqramına ilk olaraq prezidentliyə namizədlər Sərdar Cəlaloğlu, Cəmil Həsənli və Hafiz Hacıyev qatıldılar.